- Baxış sayı: 50
- 06 Mart 2026 19:13
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

12 yanvar Sumqayıt olimpiya idman kompleksində Azərbaycan basketbol liqasının (ABL) 10 -cu turunun növbəti oyunu baş tutub.
Allsport.az xəbər verir ki, “Sumqayıt” yerli publika önündə, çempionatın liderlərindən sayılan “NTD-İndiqo” klubunu qəbul edib.
Əlavə vaxtın (95-95) qeydə alındığı gərgin oyunun yekununda, Xaçmaz təmsilçisi 104-95 hesablı qələbəyə sevinib.
Ən məhsuldar basketbolçular: “Sumqayıt” (Smit Roderik – 21 xal, 13 ribaund), “NTD-İndiqo” (Qriffin Remmi – 23 xal, 14 asist)