Sumqayıtda gimnastika üzrə ölkə çempionatı keçiriləcək

Gimnastika üzrə ilin son yarışı Sumqayıtda baş tutacaq. Allsport.az xəbər verir ki, noyabrın 15-16-da dörd gimnastika növü – kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə yarışlar baş tutacaq.

Kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika üzrə 26-cı ölkə və paytaxt çempionatı və aerobika üzrə 5-ci Azərbaycan çempionatı və Bakı birinciliyi Sumqayıt olimpiya idman kompleksində keçiriləcək.

İlkin qeydiyyat siyahısına əsasən yarışlarda Bakı klubları ilə yanaşı, Sumqayıt, Balakən və Şabran təmsilçiləri də qalib olmaq üçün mübarizə aparacaqlar.

Həmin kateqoriyadan