“Sumqayıt”da növbəti böyükhesablı məğlubiyyət

Türkiyədə təlim-məşq toplanışı keçirən “Sumqayıt” növbəti yoxlama görüşünə çıxıb.

Allsport.az xəbər verir ki, Saşa İliçin komandası Serbiyanın OFK (Belqrad) kollektivinə böyük hesabla uduzub – 1:4.

“Kimyaçılar”ın heyətində yeganə qolu Aleksandr Ramalinqom (4-cü dəqiqə) vurub.

“Sumqayıt” ilk yoxlama oyununda Macarıstanın “Pakş” klubuna 1:5 hesabı ilə uduzmuşdu.

Həmin kateqoriyadan