- Baxış sayı: 18
- 27 Noyabr 2024 14:26
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 14-cü turunun “Kəpəz”lə səfər matçında vurulan son qol “Sumqayıt” üçün tarixi əhəmiyyət kəsb edib. Allsport.az saytı xəbər verir ki, 3:0 hesablı qələbə qazanan “kimyagərlər”, ölkə çempionatında vurduğu qolların sayını 200-ə çatdırıb. Yubiley qolunun müəllifi Cavid İmamverdiyev olub. Onun 68-ci dəqiqədə vurduğu top klub tarixində 200-cü Premyer Liqa qoludur.
Yubiley qolunu 210-cu matçında qeyd edən “Sumqayıt” 7-ci mövsümündə bu rəqəmə çatıb: 2011/12 – 27, 2012/13 – 31, 2013/14 – 27, 2014/15 – 29, 2015/16 – 41, 2016/17 – 28, 2017/18 – 17. Klubun yüksək dəstədəki orta məhsuldarlığı 0,95-ə bərabərdir.
“Sumqayıt” premyer liqa tarixində 200 və daha çox qol vuran 20-ci komandadır. “Gənclik şəhəri” təmsilçisi bu toplardan 109-nu evdə, 91-ni səfərdə rəqib qapısından keçirib.