- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Bu gün “Qarabağ” çempionlar liqasının 2-ci ələməsinin cavab oyununda İsveçrədə “Sürix”lə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibi ilk hissənin əvvəlində Maksim Medvedevin avtoqolu sayəsində önə keçib.
2-ci yarıda “köhlən atlar” Kadi Borqes ilə hesabı bərabərləşdirib. Ağdam klubu nəticəni bu cür saxlamağa çalışsa da, hakimin matçın əsas vaxtına əlavə etdiyi 5-ci dəqiqədə rəqib 2-ci qolu vurub.
Əlavə 30 dəqiqədə Ovusu Kvabena hesabı bərabərləşdirib. Bakıda ilk oyunda “Bir Azərbaycanlılar” 3:2 qalib gəlmişdi. 2 matçın nəticəsində “Qarabağ” 3-cü mərhələyə keçib.
Komandamız yeni mövsümdə milli idman geyim brendi “İL’AZERO” ilə anlaşıb. İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir.