Şvaynştaygerlə İvanoviç boşandılar

Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger və tennis üzrə keçmiş dünya birincisi Ana İvanoviç 9 illik evlilikdən sonra ayrılıb.

Allsport.az xəbər verir ki, bu barədə serbiyalı tennisçinin vəkili məlumat yayıb. O, ayrılığa səbəb kimi “həll olunmayan fikir ayrılıqlarını” göstərib.

Ana oğulları Luka, Leon və Teo ilə doğma Belqradda yaşayır. Şvaynştayger işlərinə görə çox səyahət edir, lakin əsasən Münhendə yaşayır.

Cütlük 2016-cı ilin iyulunda evlənib.

Həmin kateqoriyadan