“Təhsil”in baş məşqçisi: “İdman Akademiyası”na təcrübənin hesabına qalib gəldik

Kişi həndbolçuların superliqasında gərginlik və intriqa dərinləşir. “AHF arena”da keçirilən ilk dövrənin 6-cı turunda “Təhsil” çempionluğa digər iddialı “İdman Akademiyası”ndan ötən oyunda yenilginin əvəzini çıxıb. Halbuki “tələbələr” fasiləyə 17:13 üstün yollanmışdılar.

Amma 2-ci yarının 24-cü dəqiqəsində hesabı 24:24 edən “məktəblilər”, sona 3 dəqiqə qalmış 5 nəfərlə önə çıxdılar. Sonrakı vaxtda tərəflər hərəyə 2 dəfə fərqləndi və yekun tablo “Təhsil”in xeyrinə göstərdi – 27:26. Komandanın baş məşqçisi Habil Əliyev allsport.az saytına açıqlamasında, qələbəni təcrübə ilə əlaqələndirdi:

“Bu dəfə çempionat daha gərgin keçir. 5 klub qızıl medallara iddialıdır. “İdman Akademiyası” gənclərdən qurulub. Orta yaş nisbəti 17-18-dir. Heyətdə yalnız 1-2 nəfər yaşlı həndbolçu var. Rəqib çox enerjili və hörmətə layiq komandadır. Bu cür klublarla oynamaq bizə şərəfdir. Bir gün öncə onlara uduzmuşduq. Həmin görüşdə səhvlərdən nəticə çıxarıb müəyyən dəyişiklər etdik. Onun hesabına son dəqiqələrdə matçı çevirdik.

Nə idi bu dəyişiklik? Müdafiədə sıx və diqqətli oynamağa başladıq. Hücum öz axarı ilə gedirdi. “Təhsil” əsasən təcrübəlilərdən təşkil olunduğundan, həlledici məqamda bu öz sözünü dedi. Rəqibin gənc oyunçuları həmlələrdə xeyli səhvlər buraxdılar, zərbələrdə qeyri-dəqiq oldular. Biz də bunlardan yararlandıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish