- Baxış sayı: 53
- 25 İyul 2024 12:37
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu çağırış kubokunda 1/16 final mərhələsinin cavab oyununa çıxıb.
Allsport.az saytı xəbər verir ki, Azərbaycan çempionu Bakıda 3:1 hesabı ilə məğlub etdiyi İspaniyanın “Avarka de Menorka”sının qonağı olub.
Görüş rəqib komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu səbəbdən də cütün taleyi “qızıl set”də bəlli olub. İspanlar bu seti də aktivlərinə yazdıqlarından Azərbaycan təmsilçisi 1/16 finalda mübarizəni dayandırıb.