- Baxış sayı: 11
- 27 Noyabr 2024 19:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi, 4 dəfə ittifaq çempionu, millimizin ilk baş məşqçisi, AFFA icraiyyə komitəsinin üzvü olmuş mərhum Ələkbər Məmmədovun anadan olmasının 88-ci ildönümünə veteranlardan ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən (AFFA, PFL, TPL klubları) təşkil olunmuş “Futbol funksionerləri” arasında yoldaşlıq oyunu keçirilib.
Allsport.az saytı xəbər verir ki, “Bayıl arena”da keçirilmiş oyunu Tahir Süleymanov, Ramiz Əsədov və Eldar Nağıbəyovdan ibarət veteran hakimlər briqadası idarə edib. Topa ilk toxunuşu AFFA-nın icraiyyə komitəsinin üzvləri Kazbek Tuayevlə İsgəndər Cavadov, məşqçilər komitəsinin üzvü Ağasəlim Mircavadov və veteran hakim Rüstəm Rəhimov ediblər. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu “Təcrübə” komandası Vaqif Sadıqovun rəhbərlik etdiyi “Futbol funksionerləri” komandasını 7:5 hesabı ilə məğlub edib.
Veteranların heyətində Musa Qurbanov het-trik edib. Elxan Məmmədovun avtoqol müəllifi olduğu oyunda digər qolları Maşallah Əhmədov, Oqtay Abdullayev və Alim Qurbanov vurub. “Futbol funksionerləri” komandasında isə Yunis Hüseynov dubl edib, digər qolların müəllifi Bəxtiyar Osmanov, Müsfiq Hüseynov və Elxan Məmmədov olub.