Təlim-məşq toplanışı başladı

Azərbaycan taekvondo federasiyasının dəstəyi ilə deflimpiya və paralimpiya milli komandalarının birgə təlim-məşq toplanışı başlayıb.

Allsport.az xəbər verir ki, martın 15-dək davam edəcək təlim-məşq toplanışında deflimpiyaçılar Əslimaral Ömərova (43 kq), Nuranə Nadirova (46 kq), Turan Şeydayev (48 kq), Gülseyra Ağabalayeva (53 kq), Şəms Ağayeva (63 kq), Vüsal Salmanov (68 kq) və Tehran Ümidxanov (68 kq) iştirak edirlər. Birgə təşkil edilən hazırlıq prosesi Abşeron olimpiya idman kompleksində keçirilir.
Birgə keçirilən təlim-məşq toplanışının əsas məqsədi idmançılar arasında təcrübə mübadiləsini gücləndirmək və komanda ruhunu formalaşdırmaqdır.

Həmin kateqoriyadan