- Baxış sayı: 32
- 30 Mart 2026 19:51
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov ölkə çempionatının 26-cı turunda “Qarabağ” klubu ilə oyun sonrası mətbuat konfransında fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, o, 1:0 qalib gəldikləri görüşdə daha çox fərqlənmək imkanını qeyd edib:
“Çox maraqlı oyuna şahidlik etdik. Fikrimcə, daha qollu görüş ola bilərdi. Amma bir neçə qol vəziyyətindən istifadə edə bilmədik. Şadam ki, qalib gəlib, 3-cü yer uğrunda mübarizəni daha da gərginləşdirdik. Futbolçulara və azarkeşlərə təşəkkürümü bildirirəm”.