- Baxış sayı: 10
- 27 Noyabr 2024 18:21
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi” rəqib meydanında “Keşlə”yə 1:2 uduzmaqla, avrokubok yolunda işini zora salıb. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçi Tərlan Əhmədov yenilgiyə belə şərh verib:
“Bu, 2018-ci ildə keçirdiyimiz ən pis oyunlardan biri idi. Rəqibi təbrik edirəm. Bizdən daha istəkliydilər. “Keşlə”nin itirəcəyi bir şey yox idi. Bu komandanın fikri kubokun finalına yönəldiyi üçün bugünkü görüşə sərbəst çıxmışdı.
Biz isə Avropa Liqasına vəsiqə uğrunda mübarizə apardığımız üçün bəlkə də futbolçularımız təzyiq altında oynayırdılar. Bizə dəstək olan insanlardan üzr istəyirəm.
Çünki məğlub olmaqla yanaşı, istədiyimiz oyunu da göstərə bilmədik. Vacib 3 xaldan məhrum olduq. Qarşıdakı 3 oyunda maksimum nəticə əldə etməyə çalışacağıq”.