- Baxış sayı: 6
- 27 Noyabr 2024 19:47
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi” Topaz premyer liqasının 22-ci turunda paytaxtda Sumqayıtın eyni adlı komandası ilə 2:2 heç-heçə etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Tərlan Əhmədov bunu söyləyib:
“Mükafatçılar sırasına yüksəlmək üçün çalışırdıq ki, 3 xal qazanaq. Komandanın oyunundan razı qaldım, xüsusilə ikinci hissədə yaxşı çıxış etdik. Futbolun gözəlliyi qoldur. Hər 2 komandanın ifasında bunu gördük. Hücum futbolu oynadıq.
Belə olanda, təbii ki, qol da buraxmalısan. Qarşıda görüşlər var, heç nə itirilməyib. Həm kuboka, həm də çempionat oyunlarına eyni gözlə baxıram. Yay fasiləsində tələskənlik olmasın deyə, indidən transfer çalışmalarına başlamışıq. Müəyyən mövqelərə futbolçu axtarırıq”.