- Baxış sayı: 11
- 30 Mart 2026 17:23
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Topaz premyer liqasında 23-cü tur sona yetib. Allsport.az saytı xəbər verir ki, son oyun günündə “Qəbələ” doğma meydanda “Səbail” klubunu qəbul edib. Bu matçda qalib müəyyənləşməyib (1:1).
“Sumqayıt” evdə “Keşlə” ilə görüşüb. Son 10 oyun yenilməyən “kimyaçılar” 2:1 qalib gələrək, uğur zolağını davam etdiriblər.
Turun mərkəzi oyununda “Zirə” və “Neftçi” komandaları qarşılaşıblar. “Ağ-qaralar” çempionatda indiyədək bacarmadığı qəsəbə təmsilçisini bu dəfə darmadagin edib – 3:0.