- Baxış sayı: 93
- 18 Dekabr 2025 23:53
- Baxış sayı: 135
- Dekabr 19, 2025
- 0


Allsport.az xəbər verir ki, Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatında ikinci görüşünü keçirib. O, 1/16 finalda çinli Çenminq Xiao ilə qarşılaşıb.
İlk döyüşündə Eldar Kurmanaliyevə (Qırğızıstan) qalib gələn təmsilçimiz bu dəfə 1:2 hesabı ilə məğlub olub.
Bu gün start götürən dünya çempionatı iyunun 4-də başa çatacaq. Yarışda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda mübarizə aparırlar. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.