- Baxış sayı: 72
- 31 Oktyabr 2024 19:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalında “Simurq”u ümumi hesabda 1:0 hesabı ilə məğlub edərək ölkə kubokunun finalına yüksəldi. Allsport.az xəbər verir ki, 6 ildən sonra yenidən ölkə kubokunun həlledici matçına çıxacaq Ağdam klubu “Neftçi”ylə üz-üzə gələcək.
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözel komandasının finala yüksəlməsini sevinclə qarşılayıb: “Bu, mənim “Qarabağ”la 3-cü finalım olacaq. 2006 və 2009-un Azərbaycan kubokunu qazanma sevincini yaşamışıq. 6 il sonra yenidən finalda oynamaq olduqca xoş duyğudur. Üstəlik, rəqibimizin “Neftçi” olması da final qarşılaşmasına əlavə rəng qatacaq. Finalda “Neftçi”ylə qarşılaşmaq mənə 2-qat sevinc bəxş edir. “Neftçi” Azərbaycan futbolunda xüsusi yeri olan klubdur. Hər zaman “Neftçi”ylə oyunlar mənim üçün xüsusi olub. Bunu daim açıqlamalarımda bildirmişəm.
Daha öncə də qeyd etdiyim kimi, “Qarabağ” – “Neftçi” oyunu aslanlar qarşılaşması kimidir. Final görüşünün Qəbələ və ya baş bir şəhərdə keçirilməsi də olduqca xoş bir xəbərdir. İstənilən halda belə bir derbinin, gözəl qarşılaşmanın bölgədə keçirilməsi ölkə futbolunun inkişafı və populyarlığı baxımından olduqca yaxşı amildir. Futbol ictimayyətini, azarkeşləri olduqca maraqlı qarşılaşma gözləyir. Şəxsən stadionda komandamı dəstəkləyəcəyim anı gözləyirəm. Hər kəsi bu oyuna dəvət edirəm. Xüsusilə, azarkeşlərimizi oyuna dəvət edir, onların oyunun keçiriləcəyi stadionu doldurmasını istərdim”.