Tarix yazan şahmatçı: İlk turlarda üstünlük məni daha ruhlandırdı

İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclərin dünya çempionatında qalib olan Gövhər Beydullayeva təəssüratını jurnalistlərlə bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, son illər 20 yaşlılar arasında çempion olmağı arzuladığını bildirib:

“Yarışa ciddi hazırlaşmışdım. Dünya çempionatına qələbə üçün yollanmışdım. İlk turlarda üstünlük məni daha ruhlandırdı. Sondan əvvəlki turda artıq qələbəni təmin etdiyimi hiss edirdim. Ölkəmizin şahmat tarixində bir ilkə imza atdığım – 20 yaşa qədər qadınlar arasında qızıl medal qazandığım üçün xoşbəxtəm.

Dünya kubokunda da maksimum nəticə göstərmək istəyirəm. Qadınlar arasında dünya çempionatında iştirak edərək həmin yarışda da Azərbaycanı layiqincə təmsil etmək arzularımdan biridir”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish