- Baxış sayı: 33
- 25 Mart 2026 22:56
- Baxış sayı: 203
- Mart 25, 2026
- 0

“Lion”un yarımmüdafiəçisi Korentin Tolisso “Mançester Yunayted” tərəfindən mümkün yeni transfer kimi nəzərdən keçirilir.
Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” artıq fransalı futbolçunun nümayəndəsi ilə əlaqə saxlayıb.
Eyni zamanda, 30 yaşlı oyunçu keçiddə o qədər də maraqlı deyil. Komandasının rəhbərliyi də Korentini saxlamaqda qərarlıdır.
Tolisso ötən mövsüm 45 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.