“Tottenhem” hücumçu axtarır

“Tottenhem”in hücumçusu Məhəmməd Kudus bud nahiyəsindən aldığı zədə səbəbindən uzun müddətə sıradan çıxıb.

Allsport.az xəbər verir ki, yanvarın 4-də “Sanderlənd”lə matçın 19-cu dəqiqəsində meydanı tərk edən qanalı futbolçunun müayinəsi vəziyyətin gözləniləndən daha ciddi olduğunu üzə çıxarıb. Brennan Consonun gedişi və Deyan Kulusevskinin zədəli olduğu bir vaxtda, Kudusun da sıradan çıxması klubu təcili transfer bazarına yönəldib.

Hazırda onların əsas hədəfləri arasında Kənan Ulduz (“Yuventus”), Yan Diomande (“Leypsiq”) və Mahnes Akliuş (“Monako”) kimi oyunçuların adları çəkilir.

Həmin kateqoriyadan