- Baxış sayı: 30
- 17 Oktyabr 2024 23:55
- Baxış sayı: 74
- Oktyabr 17, 2024
- 0
“Tottenhem” klubu, “Volfsburq”un mərkəz müdafiəçisi Mikki van de Veni transfer etməyə yaxındır.
Allsport.az saytı xəbər verir ki, “ağ zanbaq” artıq 22 yaşlı hollandiyalı ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Anlaşma 2028-ci ilə qədər qüvvədə olacaq. Van de Venin transfer qiymətinin 45 milyon avro olacağı gözlənilir.
“Volfsburq” niderlandlı futbolçunu 2021-ci ildə “Volendam”dan 3,5 milyon avroya alıb. 2022/23 mövsümündə Van de Ven “qurdlar”ın heyətində 36 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə edib və 7 sarı vərəqə alıb.