- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 33
- Dekabr 05, 2025
- 0

“Tottenhem” ağır itki ilə üzləşib.
Allsport.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Ceyms Məddison sıradan çıxıb.
29 yaşlı futbolçu ön çarpaz bağından zədələnib. Onun qarşıdakı mövsümün böyük hissəsini buraxacağı gözlənilir.
Məddison 2023-cü ildən “Tottenhem”də çıxış edir. O, ötən mövsüm ərzində meydana çıxdığı 45 oyunda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.