“Tottenhem”dən “Barselona”ya

“Barselona”nın yay transfer hədəfləri siyahısında “Tottenhem”in mərkəz müdafiəçisi Luka Vuşkoviç ilk sıralarda qərarlaşıb.

Allsport.az xəbər verir ki, hazırda icarə əsasında “Hamburq”da çıxış edən 19 yaşlı xorvatiyalı istedadın transfer qiyməti təxminən 40 milyon avro civarında qiymətləndirilir.

“Tottenhem” gənc oyunçunu növbəti mövsüm üçün heyətində saxlamaq istəsə də, klubun premyer liqada qalmaq uğrunda mübarizə aparması Vuşkoviçin komandadan ayrılma ehtimalını artırır. Kataloniya təmsilçisi isə futbolçunun agenti Pini Zahavi ilə olan yaxın münasibətlərindən yararlanmağı planlaşdırır. Zahavi eyni zamanda “Barselona”nın baş məşqçisi Hansi Flik və hücumçu Robert Levandovskinin də maraqlarını təmsil edir.

Həmin kateqoriyadan