- Baxış sayı: 37
- 13 Fevral 2026 20:36
- Baxış sayı: 211
- Fevral 13, 2026
- 0

Tomas Frankın istefasından sonra “Tottenhem”in baş məşqçi postu üçün namizədlər siyahısı genişlənir. Allsport.az xəbər verir ki, London klubu siyahıya almaniyalı mütəxəssislər Marko Roze və Edin Terziçi də əlavə edib.
Hazırda klubda müsahibə prosesi davam edir, lakin onların müvəqqəti, yoxsa daimi məşqçi kimi nəzərdən keçirildiyi hələ dəqiqləşməyib.
Hazırda namizədlər arasında Roberto De Zerbi, Maurisio Poçettino və Robbi Kin də var. Poçettino ABŞ millisi qarşısındakı öhdəliklərinə görə yaydan tez gələ bilmir, Robbi Kin isə yalnız daimi müqavilə ilə maraqlanır. Edin Terziçin premyer liqada çalışmaq üçün bir neçə Avropa klubunun təklifini geri çevirdiyi bildirilir.