- Baxış sayı: 32
- 26 Dekabr 2024 23:11
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
“Yenidən Tovuzda olmaq mənim üçün çox xoşdur. Bura mənə doğmadır. Futbolçu kimi Tovuzda çox gözəl günlərim keçib. Baş məşqçi kimi yenidən burada olmaq isə tam fərqli hissdir”. Allsport.az saytı xəbər verir ki, bunu “Turan Tovuz”un yeni baş məşqçisi Ayxan Abbasov. 41 yaşlı mütəxəssisin sözünə görə, birgə bütün çətinliklərin öhtəsindən gələ biləcəklər:
“Açığı, belə qarşılanma məni qürurlandırdı. 9 ildən sonra premyer liqaya qayıtmaq hər birimizin arzusu idi. Ölkə çempionatına rəng qatmaq istəyirik. Əlbəttə, işlərimiz çoxdur. Tovuzun futbol ənənələri hər kəsə bəllidir. Futbolumuzda iz qoymuş onlarla ad bəxş edib, hansılar ki, hazırda akademiyada çalışırlar.
Birlik olmalıyıq. Həm rəhbərliyin həm də azarkeşlərin dəstəyini tam olaraq hiss edirəm. İnanıram ki, tək əsas komanda deyil, əvəzedici və aşağı yaş qrupları üzrə komandaların məşqçiləri ilə birlikdə əl-ələ verib bütün çətinliklərin öhtəsindən gələ biləcəyik”.