- Baxış sayı: 25
- 25 Aprel 2025 12:23
- Baxış sayı: 37
- Aprel 25, 2025
- 0
“Traktor” klubu Türkiyənin Suriya YPG/PKK terrorçularına qarşı hərbi əməliyyatlarına dəstək olduğu üçün İran futbol federasiyanın cəzalandırdığı Mehdi Bebriyə sahib çıxıb. Allsport.az saytı xəbər verir ki, Təbriz təmsilçisi rəsmi “tvitter” hesabı vasitəsilə Bebrinin futboldan müvəqqəti diskvalifikasiya olunmasına etiraz edib:
“İstiqlal” klubunda çıxış edən Voria Qafuri “instaqram” hesabında “Save Rojava” yazmış və Türkiyəyə qarşı xoş olmayan söz qeyd etmişdi. Buna baxmayaraq, o, cəza almamışdı. Biz bütün gücümüz və azarkeşlərimizlə futbolçularımızın arxasında dayanmışıq”.
İran futbol federasiyası Türkiyənin Suriya YPG/PKK terrorçularına qarşı hərbi əməliyyatlarına dəstək olduğu üçün Mehdi Bebrini bir müddətlik futboldan uzaqlaşdırıb.