- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Vest Hem” qış transfer pəncərəsində “Barselona”nın keçmiş oyunçusu Adama Traore ilə güclənməyə çox yaxındır.
Allsport.az xəbər verir ki, “çəkicdöyənlər” 29 yaşlı futbolçunun transferi ilə bağlı “Fulhem”lə prinsipial razılıq əldə ediblər. Müqaviləsinin bitməsinə 6 ay qalan ispaniyalı ulduzun təxminən 5-7 milyon funt-sterlinq civarında transfer olunacağı və London klubu ilə 2,5 illik müqavilə imzalayacağı gözlənilir.
Bu keçid “Vest Hem”in baş məşqçisi Nuno Espirito Santonun xüsusi istəyi ilə reallaşır.