- Baxış sayı: 21
- 25 Mart 2026 19:42
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
Azərbaycan premyer liqasında III turun daha bir oyunu keçirilib.
Allsport.az xəbər verir ki, “Neftçi” doğma meydanda “Turan Tovuz”la üz-üzə gəlib.
Qarşılaşma bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Turan Tovuz”un qolunu 6-cı dəqiqədə Roberto Olabe vurub.
“Ağ-qaralar” matçın 56-cı dəqiqəsində İqor Ribeyronun qırmızı vərəqə alması ilə azlıqda qalıb.
Bununla da Qurban Berdıyevin komandası xallarının sayını 6-ya çatdıraraq 2-ci pilləyə yüksəlib. Samir Abasovun rəhbərlik etdiyi kollektiv 2 xalla 8-cidir.