- Baxış sayı: 37
- 25 Mart 2026 22:56
- Baxış sayı: 207
- Mart 25, 2026
- 0

“Turan Tovuz”un yay hazırlıq planı bəlli olub.
Allsport.az xəbər verir ki, Tovuz təmsilçisi iyulun 1-də “Hünər” təlim-məşq bazasında çalışmalara start verəcək.
Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 6-da Türkiyəyə yola düşəcək. Anqaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq kollektiv iyulun 19-dək məşqlərini burada davam etdirəcək. Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq komanda Bolu toplanışı 24 iyul – 6 avqust arasında baş tutacaq.
Baş məşqçi Qurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək