- Baxış sayı: 35
- 18 Fevral 2025 22:28
- Baxış sayı: 275
- Fevral 18, 2025
- 0
Qazaxıstanın Türküstan vilayətində Türk dövlətlərinin universiadasında sərbəst güləşçilər mübarizə aparıb.
Allsport.az saytı xəbər verir ki, gənclərdən ibarət millinin böyük məşqçisi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında bizdən 8 idmançı fəxri kürsüyə qalxıb.
Camal Abbasovla (61 kq) Sabir Cəfərov (70 kq) çempion olub. Abdulrəhman İbrahimov (65 kq), Fərid Cabbarov (86 kq), Rəvan Musayev (97 kq) və Aydın Əhmədov gümüş, Vasif Bağırovla (57 kq) Sahib Dadaşov (79 kq) isə bürünc medala yiyələnib.