- Baxış sayı: 51
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 90
- Dekabr 19, 2025
- 0


“Qalatasaray” dağlıq Qarabağ savaşı ilə bağlı növbəti dəfə ölkəmizə dəstək olub. Allsport.az saytı xəbər verir ki, İstanbul nəhəngi superliqasının 5-ci turunda “Alanyaspor”la (1:2) ev oyununda, “Türk telekom arena”ya 2 ölkə bayrağının yer aldığı pankartlar yerləşdirilib. Lövhələrdə Azərbaycan və Türkiyə ilə bağlı şüarlara yer verilib.
“Aslanlar” bundan öncə, 3-cü turda “Fənərbağça” ilə ev oyununda pankart nümayiş etdirmişdi. Orada “Tək millət, iki dövlət” sözü yer almışdı. Sözü gedən lövhənin fotosu “Qalatasaray”ın sosial şəbəkə hesablarında “Qardaşlarımızın yanındayıq!” başlığı ilə paylaşılmışdı.