- Baxış sayı: 54
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 127
- Dekabr 19, 2025
- 0


Türkiyə PTT 1-ci liqasında 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Qarşıyaxa” da növbəti matçında çıxıb.
Sözügedən klub səfərdə “Balıkəsirspor”la qarşılaşıb. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə bitib. Kamranın adı bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Qarşıyaxa” geridə qalan turlarda topladığı 13 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.