- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ” yeni mövsümün hazırlığının ilkin mərhələsini başa vurub. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev yeni transferlər, Türkiyə toplanışı və konfrans liqasında rəqiblə bağlı fikrini bölüşüb:
“Yeni oyunçular Səlahət Ağayev, İlkin Qırtımov və Felipe Santosun uyğunlaşma ilə bağlı ümumi məşq prosesində və kənarda çətinlik çəkdiklərinə inanmıram. Çünki “Qəbələ”də sadəcə komanda deyil, bir ailə formalaşıb. Adaptasiya uzun çəkməyəcək.
Qarşıda iki həftəlik Türkiyə toplanışı var. Bu, komandaya daha çox taktiki planda lazımdır. Bu iki matçda komandanın optimal formaya yaxınlaşacağına inanıram. “Fehervar” barədə müəyyən məlumata sahibik.
Növbəti günlərdə daha detallı analiz aparacağıq. Çünki çempionat bitib, hələ heyətdəki dəyişikliklər dəqiqləşməyib. Rəqibin indiki oyunlarına da baxmaq lazımdır”.