- Baxış sayı: 36
- 13 Fevral 2026 20:36
- Baxış sayı: 211
- Fevral 13, 2026
- 0

“Brentford”un hücumçusu İqor Tiaqo İngiltərə premyer liqasında yanvarın ən yaxşı futbolçusu seçilib.
Allsport.az xəbər verir ki, braziliyalı forvard səsvermədə Florian Virts (“Liverpul”), Enso Fernandes (“Çelsi”) və Patrik Dorqu (“Mançester Yunayted”) kimi ulduzları qabaqlamağı bacarıb.
Tyaqo yanvarda meydana çıxdığı 5 qarşılaşmada 5 qol vuraraq məhsuldarlıq nümayiş etdirib. Bu mükafatla yanaşı, oyunçunun “Brentford”la 2031-ci ilə qədər olan yeni müqaviləsi də rəsmiləşib. Hazırda o, 17 qolla bombardirlər yarışında Erlinq Holandın ən yaxın izləyicisidir.