U-17 liqasını onlar qazandı

Allsport.az saytı xəbər verir ki, mükafatlandırma Sumqayıtda “Kapital Bank Arena”da olub. Mövsüm ərzində 40 qol vuran “Sumqayıt”ın oyunçusu Toğrul Tapdıqlı ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Hikmət Cəbrayılzadə isə mövsümün ən yaxşı oyunçusu seçilib.

Sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. 88 xalla 3-cü yeri tutan “Neftçi” bürünc, 94 xalla 2-ci yerdə qərarlaşan “Sabah” gümüş medalları əldə ediblər. 2023/2024-cü illər mövsümündə 97 xal toplayaraq AFFA U-17 liqasının çempionluğunu qazanan “Sumqayıt” isə qızıl medal və kubokla mükafatlandırılıb.

Mükafatları U-18 millinin baş məşqçisi Füzuli Məmmədov, “Sumqayıt” klubunun müşahidə şurasının sədri Elnur Məmmədli və klubun prezidenti Riad Rəfiyev təqdim ediblər.

Həmin kateqoriyadan