- Baxış sayı: 55
- 08 Mart 2026 11:46
- Baxış sayı: 458
- Mart 12, 2026
- 0

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası ilk yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, millimiz Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89-cu dəqiqə) və Mədinə Curuqova (30-cu dəqiqə) vurublar.
Komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.