- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Qəbələ” yeni mövsümə hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” toplanışının 3-cü gününü də 2 məşqlə başa vurub. U-21 millinin düşərgəsindən qayıdan futbolçular da bugünkü hazırlıqlarda iştirak ediblər.
Hacıağa Hacılı, Qismət Alıyev, Amin Seydiyev və Bəhlul Mustafazadə günün ilk yarısında komandadan ayrı çalışıblar. İlk məşqi fitnes zalda gerçəkləşdirən gənclər günün ikinci yarısında komandayla birlikdə hazırlıq keçib.