- Baxış sayı: 21
- 27 Noyabr 2024 21:49
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
İsveçrənin Neon şəhərində FİFA-nın “Qlobal toxunulmazlıq prinsipinə dair proqramı” mövzusunda UEFA 55 federasiyasının nümayəndələrinə seminar keçirilib.
Allsport.az saytı xəbər verir ki, 211 üzv assosiasiyasının oyunun toxunulmazlıq prinsipi üzrə məsul şəxslərinə “Yarışların manipulyasiyası fenomeninin” təfərrüatlarını dərindən mənimsəmək və səmərəli mübarizə aparmaq üçün görüləcək tədbirləri təmin etmək məqsədi daşıyan seminarda UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak edir.
Proqram oyunun manipulyasiyasının qarşısını almaq və onunla mübarizə aparmaq, həmçinin üzv assosiasiyalar səviyyəsində uğurlu və davamlı təşəbbüslər yaratmaqla toxunulmazlıq prinsipini təbliğ etmək üçün zəruri məlumat və vasitələri təqdim edəcək.
Bundan əlavə, praktiki nümunələr vasitəsilə oyunun manipulyasiyası insidentləri ilə bağlı araşdırmaların necə aparılacağına dair fikir formalaşdıracaqdır. Proqram həmçinin oyunun toxunulmazlığı prinsipinə məsul şəxslərə təcrübələrini və ən faydalı praktiki biliklərini bir-biri ilə bölüşmək imkanı yaradacaq.