- Baxış sayı: 30
- 25 Mart 2026 22:56
- Baxış sayı: 203
- Mart 25, 2026
- 0

UEFA 2015/16 mövsümünün birinci yarısı üçün hakimlərin siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, siyahıda səkkiz azərbaycanlı hakim də yer alıb.
Futbol hakimləri arasında Əliyar Ağayev 2-ci kateqoriyalı olaraq qeyd olunubsa, Rəhim Həsənovla Orxan Məmmədov 3-cü kateqoriyaya aid olunub.
Qadın hakimlər arasında Səbayel Qurbanova və Yuliya Qurbanov da 3-cü kateqoriyalıdır.
Futzalda isə Elçin Səmədli 2-ci, Ramil Namazovla Yusif Nurullayev 3-cü kateqoriyalı hakim kimi göstərilib.