UEFA bu klubu cəzalandırdı

UEFA intizam komitəsi 9 dekabrda keçirilən “Sportinq”lə ev oyununda azarkeşlərin pirotexnikadan istifadə etməsinə görə “Bavariya” klubuna ağır sanksiya tətbiq edib.

Allsport.az xəbər verir ki, yanvarın 21-də “Yunion Royal”a qarşı keçiriləcək növbəti ev oyununda “Alyans Arena”nın cənub tribunası azarkeşlər üçün qapalı olacaq.

UEFA həmçinin klubu 50 min avro məbləğində cərimələyib.

“Bavariya” rəhbərliyi bloklanmış sektorlara aid yalnız 4800 bileti ləğv etməyin texniki cəhətdən qeyri-mümkün olduğunu bildirərək, həmin tribunaya aid olan bütün 9336 biletin ləğv edilməsinə qərar verib.

Həmin kateqoriyadan