- Baxış sayı: 30
- 04 Mart 2026 16:59
- Baxış sayı: 66
- Mart 02, 2026
- 0

Çempionlar liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” – “Qalatasaray” matçı öncəsi Türkiyə təmsilçisinə səfər qadağası qoyulub.
Allsport.az xəbər verir ki, buna səbəb fevralın 25-də “Yuventus”la keçirilən pley-off oyununda (2:3) İstanbul klubunun azarkeşlərinin törətdiyi iğtişaşlar və pirotexnikadan istifadə etməsidir.
Qərara əsasən, “Qalatasaray” azarkeşlərinə İngiltərədəki cavab oyunu üçün bilet satılmayacaq, klub isə əlavə olaraq 40 min avro cərimələnib. Komandalar arasında ilk görüş martın 10-da Türkiyədə, cavab oyunu isə martın 18-də İngiltərədə baş tutacaq.