- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün Hilton otelində UEFA, EPFL, FİFPro VƏ ECA təşkilatlarının nümayəndələri ilə AFFA, PFL və Topaz Premyer Liqasında iştirak edən klubların nümayəndələri arasında “Peşəkar futbolçu müqavilələrinə dair minimum tələblərin yerli səviyyədə tətbiqi” mövzusunda görüş keçirilib. Allsport.az xəbər verir ki, görüşdə UEFA-nın nümayəndəsi Grafström Mattias, AFFA-nın Hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev “Peşəkar futbolçularla futbol klubları arasında bağlanan müqavilələrin məzmunu ilə bağlı UEFA-nın tələbləri” mövzusunda çıxış edib, klub nümayəndələrinin sualları cavablandırıblar.
Daha sonra “Futbol sahəsində mövcud olan mübahisələrin həlli sistemi” müzakirə edilib, AFFA-da yeni yaradılmış Mübahisələrin həlli sistemi barədə məlumat verilib.