- Baxış sayı: 13
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 112
- Dekabr 05, 2025
- 0

UEFA-nın baş əməliyyat meneceri, Milli Assosiasiyalar Departamentinin əməkdaşı Kristof Yunq, stadionlar üzrə inspektor Trygve Borno və media nümayəndəsi Yuliya Zenkoviçdən ibarət nümayəndə heyəti Bakıda 2 günlük səfərdə olublar. Allsport.az xəbər verir ki, UEFA rəsmilərinin səfərində məqsəd AÇ-2016-nın seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək Azərbaycan – İtaliya oyunu öncəsi aparılan hazırlıq işləri ilə maraqlanmaq olub.
Nümayəndələr qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionuna baxış keçiriblər. Bununla yanaşı, qonaqlar mətbuat və digər təşkilatı məsələlərlə bağlı öz tövsiyələrini veriblər.