UEFA yığmamızın rəqibinin 1 xalını sildi

UEFA Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsindəki rəqibi Xorvatiyanı sərt cəzalandırıb. Allsport.az xəbər verir ki, qitə futbol qurumu bu komandanın hesabından bir xalı silib.

Bundan əlavə, xorvatlar UEFA bayrağı altında təşkil olunan yarışlarda iki ev oyununu boş tribunalar qarşısında keçirməli olacaq. AÇ-2016-nın seçmə mərhələsinin sonunadək xorvatlar Splitdəki “Polyud” arenasında matç keçirmək hüququndan da məhrum olublar. Üstəlik, Xorvatiya Futbol Federasiyası 100 000 avro məbləğində cərimələnib.

Qeyd edək ki, bütün bu cəzalar AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya – İtaliya oyununda (1:1) meydan sahibi komandanın azarkeşlərinin irqçi davranışlarına görə kəsilib. Xorvatlar bu qərarlardan üç gün ərzində apellyasiya şikayəti verə bilərlər.

Həmin kateqoriyadan