Ukraynalı futbolçudan imtina edirlər

“Nottingem Forest” ukraynalı müdafiəçi Oleksandr Zinçenkonun icarə müqaviləsinə vaxtından əvvəl xitam vermək imkanlarını araşdırır.

Allsport.az xəbər verir ki, “meşəbəyilər” 29 yaşlı futbolçunu mövsümün sonuna qədər “Arsenal”dan icarəyə götürüblər. Lakin müqavilədə icarənin vaxtından əvvəl dayandırılması bəndinin olmaması prosesi çətinləşdirir.

Zinçenko bu mövsüm “Nottingem Forest”in heyətində 10 oyuna çıxsa da, məhsuldarlıqla yadda qalmayıb.

Həmin kateqoriyadan