Ulduz futbolçu DÇ-nı buraxacaq

“Real Madrid”in və Braziliya millisinin hücumçusu Rodriqo ağır zədə səbəbindən həm mövsümü, həm də qarşıdan gələn DÇ-2026-nı qaçıracaq.

Allsport.az xəbər verir ki, 25 yaşlı futbolçuya sağ dizinin ön çarpaz bağlarının qırılması və menisk cırılması diaqnozu qoyulub.

Hadisə martın 2-də la liqanın 26-cı turu çərçivəsində keçirilən “Xetafe” ilə matçda (0:1) baş verib. Uzunmüddətli tendinozdan sonra ilk oyununa çıxan Rodriqo 54-cü dəqiqədə meydana daxil olsa da, bir neçə dəqiqə sonra dizində şiddətli ağrı hiss edib. O, görüşü sona qədər tamamlasa da, ertəsi gün keçirilən tibbi müayinələr ən pis ehtimalı təsdiqləyib.

Həmin kateqoriyadan