“Ümid edirəm ki, növbəti tura kimi onlar da hazır olacaqlar”

“Turan Tovuz” premyer liqanın II turunda evdə “Araz-Naxçıvan”a 1:2 hesabı ilə uduzub.

Allsport.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Qurban Berdıyev oyundan sonra mətbuat konfransında iştirak edib:

“Bərabər səviyyəli komandaların oyununda standart vəziyyətlər və konsentrasiyanın itirilməsi həlledici rol oynayır. Təəssüflər olsun ki, künc zərbəsindən sonra qol buraxdıq. Standart vəziyyətlərdən əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Mövsüm öncəsi komanda ilə təlim-məşq toplanışı keçməyən İbrahima Vəci, Filip Ozobiç, Joarlem Santosun tam hazır olmasını gözləyirik. Ümid edirəm ki, növbəti tura kimi onlar da hazır olacaqlar”.

Həmin kateqoriyadan