- Baxış sayı: 37
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 170
- Fevral 04, 2026
- 0
“Ay-ulduzlular”ımızın müdafiəçisi Ürfan Abbasov Antalyada Makedoniya futbolçuları ilə yoxlama görüşü barədə fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan bunu söyləyib:
“Rəqibi yaxşı təhlil etmişdik. Güclü futbolçulara malik olduqlarını bilirdik. Baş məşqçimiz Qurban Qurbanovun verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq.
Bu oyun bizim üçün yaxşı alındı. Bir neçə qol epizodu yaratsaq da, təəssüf ki, istifadə edə bilmədik. Reallaşdırsaydıq, nəticə fərqli olacaqdı”.