- Baxış sayı: 44
- 19 Dekabr 2024 18:22
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Ustad ağırlıqqladıranlar arasında dünya çempionatı keçirilib. Allsport.az xəbər verir ki, 80-ə yaxın ölkədən 758 atletin (399 kişi, 359 qadın) qatıldığı yarış koronavirus pandemiyası ilə əlaqədar “Zoom” proqramı vasitəsilə keçirilib.
İştirakçıların hər biri öz yanaşmasını müvafiq qaydalara uyğun və sıralama ilə yerinə yetirib. Azərbaycandan yarışda 4 idmançı iştirak edib. Onların hər biri uğurlu çıxışı ilə yadda qalıb.
Yaşı 70-74 arası olan idmançıların (M-70) qrupunda “Zirvə” klubunun təmsilçiləri Səddar Quliyev (81 kq) və Vladimir Jilyayev (96 kq) gümüş medallara sahib olublar. Quliyev toplam 138 (59+79), V.Jilyayev isə 151 kiloqram (66+85) nəticə göstəriblər.
Yaşı 35-39 arası olan atletlərin (M-35) qrupunda “Dinamo” klubunun təmsilçisi Virur Bayramov (89 kq) 299 kiloqram (136+163) nəticə ilə gümüş medala layiq görülüb.
Komandamızın aktivinə qızıl medalı isə 96 kiloqram çəki dərəcəsində çıxış edən Elnur Hüseynov (“Zirvə”) yazdırıb. Ümumilikdə 331 kiloqram (150+181) nəticə ilə dünya çempionatının qızıl medalını qazanan idmançı öz yaş qrupunda dünyanın ən yaxşı atleti seçilib.