Vətəninə qayıdır

“Zenit”in braziliyalı yarımmüdafiəçisi Jerson karyerasını vətənində davam etdirməyə hazırlaşır.

Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu yanvarın 10-da “Kruzeyro” üçün tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.

Klubların bu transfer üçün 27 milyon avro təzminat və əlavə 3 milyon avro bonus müqabilində razılığa gəldiyi bildirilir. Jersonun yeni klubu ilə 2029-cu ilin dekabrına qədər nəzərdə tutulan 4 illik sözləşmə imzalayacağı gözlənilir.

Keçən yay “Flamenqo”dan Rusiya təmsilçisinə keçən braziliyalı cari mövsümdə 12 oyunda 1 qolla yadda qalıb.

Həmin kateqoriyadan