Valverde 1-ci oldu

“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde komandanın fevraldakı ən yaxşı oyunçusu seçilib.

Allsport.az xəbər verir ki, uruqvaylı futbolçu səsvermədə komanda yoldaşları Tibo Kurtua, Orelyen Tçuameni, Vinisius Junior və Eduardo Kamavinqanı geridə qoyub.

Valverde ötən ay “kral klubu”nun heyətində bütün turnirlərdə 6 matça çıxıb. 27 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan